Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən daha 50 nəfər yollayışla təmin olunaraq tibbi göstərişlərinə uyğun sanatoriya-kurort mərkəzinə göndərilib.
Teleqraf xəbər verir ki, onlar Heydər Əliyev adına Beynəlxalq Hava limanından yola salınıblar.
Sosial Xidmətlər Agentliyinin department müdiri Azər Rzayev onların yola salınması zamanı jurnalistlərə açıqlamasında bildirib ki, şəhid ailələrinin üzvləri və əlilliyi olan şəxslərdən ibarət qrup Naxçıvan Muxtar Respublikasında yerləşən “Duzdağ Estate” sanatoriyasında bərpa-müalicə kursu keçəcək.
Onun sözlərinə görə, əlilliyi olan uşaqlar və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər sanatoriya-kurort mərkəzinə müşayiətçiləri ilə birlikdə göndəriliblər.
"Agentlik tərəfindən son 6 ildə şəhid ailələri də daxil olmaqla, ümumilikdə 17 minə yaxın imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb", - o vurğulayıb.