GÖYGÖL, 12 noyabr. TELEQRAF

Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Astara rayon Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynovun meyiti Göygöl rayonunun Hacıməlik kəndində aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.

Məlumat üçün bildirək ki, M.Hüseynovun yaxınları ilə birlikdə hərbi xidmətdə olan nəvəsinin and içmə mərasiminə gəlibmiş. Həmin ərəfədə müəmmalı şəkildə itkin düşüb.