BAKI, 12 noyabr. TELEQRAF
Yaxın saatlarda Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Börnhemlə görüşü gözlənilir.
Teleqraf xəbər verir ki, görüşdə Azərbaycan və Britaniya arasında Strateji Tərəfdaşlığa dair sənədin imzalanması planlaşdırılır.
Bu sənədlə Azərbaycan və Britaniya münasibətlərində tam yeni səhifə açılır, əlaqələrdə yeni mərhələ başlayır.