BAKI, 7 oktyabr. TELEQRAF

Vaşinqtonun Danimarka və Qrenlandiya hakimiyyəti ilə razılaşmaları Arktikada təhlükəsizlik vəziyyətini dəyişdirəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Afinada çıxışında bildirib.

“Biz gücü hissələrinin cəmindən daha böyük olan bir ittifaqa can atırıq. Bu arzu ötən ay ABŞ, Danimarka və Qrenlandiya arasında misli görünməmiş yeni müqavilədə gerçəkləşdi. Bu müqavilə Arktikanı dəyişdirəcək və bütün NATO-nun təhlükəsizliyini gücləndirəcək”, - deyə o qeyd edib,

Dövlət katibi hesab edir ki, bu razılaşmadakı hər üç tərəfdaş qalib gəldi. Bunun sayəsində bütün Avropa, NATO və ABŞ daha güclü və daha təhlükəsiz hala gəldi.

Sentyabr ayında ABŞ Prezidenti Donald Tramp, Danimarka və Qrenlandiyanın baş nazirləri Mette Frederiksen və Jens-Frederik Nilsen Arktika adasının təhlükəsizlik məsuliyyətlərini Vaşinqtona təhvil verən saziş imzaladılar. İmzalanma BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutdu. Tramp əvvəllər ABŞ-ın dərhal Qrenlandiyadakı hərbi mövcudluğunu artırmağa başlayacağını qeyd etmişdi.

Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen, NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq, Qrenlandiya Müdafiə Müqaviləsini imzaladılar. Müqaviləyə əsasən, ABŞ adanı potensial təcavüzdən qorumağı öhdəsinə götürdü. Orada raket xəbərdarlıq sistemi kimi xidmət edən və Arktika zonasını izləyən Pituffik Amerika kosmik bazası yerləşir.