BAKI, 7 oktyabr. TELEQRAF

Böyük Britaniya Suriyanın sabiq iqtisadiyyat və xarici ticarət naziri Hammam əl-Cəzairini sanksiya siyahısından çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hammam əl-Cəzairi 2014-2016-cı illərdə Suriyanın iqtisadiyyat və xarici ticarət naziri vəzifəsində çalışıb. O, nazir təyin edildiyi vaxtdan sanksiyalar altında olub.

Britaniya Xarici İşlər Nazirliyi sabiq nazirə qarşı məhdudiyyətlərin hansı səbəbdən ləğv edildiyini açıqlamayıb.