BAKI, 5 oktyabr. TELEQRAF

Rusiyanın hərbi hücumları fonunda Kiyevdəki ABŞ səfirliyinin fəaliyyətinin dayandırılması ehtimalı var.

Teleqraf xəbər verir ki, belə bir ehtimalı ABŞ Dövlət katibi Marko Rubio irəli sürüb.

"Kiyevdə səfirliyimiz fəaliyyət göstərir. Onların orada fəaliyyətinin təhlükəsiz olub-olmadığına qərar verəcəyik", - Rubio jurnalistlərə Ukrayna paytaxtında işləməyə davam etməyin təhlükələri barədə Moskvanın xarici diplomatlara verdiyi xəbərdarlığı şərh edərkən bildirib.

Rubionun sözlərinə görə, Ağ Ev hər gün dünya üzrə ABŞ diplomatik nümayəndəliyinin təhlükəsizliyini təhlil edir.

Dövlət katibi bildirib ki, diplomatik korpusların statusunun dəyişdirilməsini tələb edən təhlükə yaranarsa, Vaşinqton bunu edəcək.