BAKI, 2 oktyabr. TELEQRAF
Rusiya ABŞ hərbi kontingentinin İraqdan çıxarılmasını alqışlayır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bildirib.
O əlavə edib ki, ABŞ və müttəfiq qüvvələrinin İraqdan çıxarılması İraq ordusunun milli təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etmək qabiliyyətini nümayiş etdirir.
Rusiya əmindir ki, qoşunları çıxarıldıqdan sonra iraqlılar istənilən daxili və xarici çətinliklərin öhdəsindən uğurla gələ biləcəklər.