BAKI, 2 oktyabr. TELEQRAF

Bu ilin ilk 9 ayında 272 uşağın sosial xidmət müəssisələrinə verilməsinin qarşısı alınıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib.

Bildirilib ki, bu, Sosial Xidmətlər Agentliyinin tətbiq etdiyi "qeytkipinq" mexanizmi və Fərdi İnkişaf Planları sayəsində mümkün olub. Plana əsasən uşağın vəziyyəti qiymətləndirilir və onun ehtiyaclarına uyğun qayğı forması müəyyənləşdirilir.

Bundan başqa, hesabat dövründə 46-sı oğlan, 44-ü qız olmaqla ümumilikdə 90 valideyn himayəsindən məhrum olmuş uşaq ailə himayəsinə qaytarılıb.