BAKI, 4 sentyabr. TELEQRAF
Rusiya Ədliyyə Nazirliyi "Novaya Qazeta" onlayn nəşrini xarici agent kimi tanıyıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi veb saytında məlumat yerləşdirib
Xarici agentlər reyestrinə şair və mədəniyyətşünas Sergey Leybqrad, naşir və yazıçı Feliks Sandalov, bioinformatika professoru Tatyana Tatarinova və "Tarixi Ekspertiza" qəzeti də əlavə edilib.