BAKI, 4 sentyabr. TELEQRAF
“Əgər Türkiyə ilə İsrail arasında münasibətlərin daha da kəskinləşməsi müharibəyə gətirib çıxarsa, ABŞ NATO-nun Ankaraya dəstək verməsinə imkan verməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarovanın sözlərinə görə, NATO-nun fəaliyyəti böyük ölçüdə ABŞ tərəfindən diktə olunur, Vaşinqton isə İsraili özünün ən mühüm müttəfiqlərindən biri hesab edir. Diplomat ABŞ-İsrail münasibətlərini (xüsusilə təhlükəsizlik və beynəlxalq siyasət sahələrində) “mütləq birlik” kimi xarakterizə edib.
Mümkün müharibə vəziyyətində Türkiyənin NATO-nun dəstəyinə arxalana bilib-bilməyəcəyi ilə bağlı suala cavab verən Mariya Zaxarova alyansın ABŞ-nin razılığı olmadan belə bir qərar qəbul edə biləcəyinə şübhə etdiyini bildirib.