BAKI, 4 sentyabr. TELEQRAF
Sentyabrın 4-19-da Moldovada ABŞ və Rumıniya hərbçilərinin iştirakı ilə “Alov Qalxanı - 2026” hərbi təlimləri keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təlimlər ölkənin şimal, mərkəz və cənubundakı təlim mərkəzlərində keçiriləcək, hərbçilərin yerdəyişməsi isə gecə saatlarında həyata keçiriləcək.