BAKI, 4 sentyabr. TELEQRAF

Bakı Metropoliteninin yeni stansiyasına “20 Sentyabr” adı verilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarını imzalayıb.

Qərarda qeyd olunub ki, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunması faktı nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılıb.

Sənədə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.