BAKI, 4 sentyabr. TELEQRAF
ABŞ vitse-prezidenti Cey Di Vens Antixristin artıq insanlar arasında ola biləcəyini istisna etməyib.
Teleqraf xəbər verir ki, Vens bu barədə bloqer Brays Krouforda müsahibəsində danışıb.
“Bu dünyada elə hadisələr baş verir ki, Antixristin artıq aramızda olduğunu öyrənsəm, buna təəccüblənmərəm. Amma çalışıram buna həddindən artıq fokuslanmayım”, - Vens bildirib.
ABŞ vitse-prezidenti əlavə edib ki, diqqətini yaxşı həyat yoldaşı və ata olmağa, həmçinin vitse-prezident kimi üzərinə düşən vəzifələri düzgün yerinə yetirməyə yönəltməyə üstünlük verir.
Qeyd edək ki, Antixrist xristian dini inancında Məsihə qarşı çıxan, insanları aldadaraq şərə və imansızlığa yönəldəcəyi düşünülən şəxs və ya qüvvə kimi təsvir olunur.