BAKI, 4 sentyabr. TELEQRAF
Məhkəmə müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyanın həbs müddətini daha iki ay uzadıb.
Teleqraf xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.
Xatırladaq ki, Qaqik Sarukyan iyulun 6-da fırıldaqçılıq, külli miqdarda çirkli pulların yuyulması və mənimsəmə ittihamları həbs edilib.