BAKI, 4 sentyabr. TELEQRAF
“Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri heçə endirmək üçün əlindən gələni edir”.
Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Kamkin deyib.
Ekspert Rusiya ilə münasibətlərin pozulmasının qarşısını almaq üçün Ermənistan vətəndaşlarını Nikol Paşinyanı devirməyə çağırıb.
“Paşinyan Rusiya-Ermənistan münasibətlərini tamamilə sıfıra endirmək üçün hər şeyi edir. Bura həm iqtisadi əlaqələrin kəsilməsi, həm də KTMT və Avrasiya İqtisadi Birliyindən çıxmaq daxildir. Əgər vətənpərvər ermənilər Paşinyanı devirməsələr, Ermənistan Rusiyanın qeyri-dostuna çevriləcək”, - Kamkin qeyd edib.