YEVLAX, 4 sentyabr. TELEQRAF
Yevlaxda yol qəzası baş verib, yaralananlar var.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Tanrıqullar kəndi yaxınlığından keçən magistral yolda baş verib.
İlkin məlumata görə, idarəetmədən çıxan "Range Rover" markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı müxtəlif bədən xəsarətləri alan iki nəfər yaralı şəxs təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.