BAKI, 1 sentyabr. TELEQRAF

ABŞ-nin hücumlarına cavab olaraq İranın mərkəzi hissəsindən Amerikanın bölgədəki bazalarına raketlər buraxılıb.

Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Teleqram kanalında məlumat yayıb.

***

ABŞ İran ərazisinə endiriləcək hər hansı yeni zərbələrə görə dərindən peşman olacaq.

Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebbi deyib.

"Tasnim" xəbər agentliyi hərbi mənbəyə istinadən yazıb ki, İran silahlı qüvvələri ölkə ərazisinə hər hansı hücuma qətiyyətli və genişmiqyaslı cavab verəcək.