BAKI, 1 sentyabr. TELEQRAF

ABŞ hazırda Hörmüz boğazı yaxınlığındakı İran hədəflərinə qarşı zərbələr endirir. Bu zərbələr genişmiqyaslı və dağıdıcı xarakter daşıyır.

Teleqraf xəbər verir ki, bu sözləri bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"ABŞ qüvvələri İranın Hörmüz boğazında mina yerləşdirmək üzrə uğursuz cəhdinə və İordaniyadakı ABŞ hərbi bazasına edilən hücuma cavab olaraq zərbələr endirir. Hazırda orada heç bir mina qalmayıb, hamısı tamamilə çıxarılıb və ya partladılıb", - deyə qeyd edib.