MİNGƏÇEVİR, 30 avqust. TELEQRAF
Mingəçevir su anbarında balıq tutan şəxs ölüb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə su anbarı hövzəsindəki çimərliklərdən birində baş verib.
Həvəskar qaydada balıq tutmaq üçün adıçəkilən əraziyə gedən 1964-cü il təvəllüdlü şəhər sakini Osmanov Maarif Yaqub oğlu orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.