BAKI, 30 avqust. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 30 Avqust – Zəfər Bayramı münasibətilə Türkiyə Respublikasını təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.
Təbrikdə deyilir:
"30 avqust – Türkiyə Respublikasının Zəfər Bayramı münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.
Türkiyənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qardaş xalqımızın sarsılmaz iradəsi, əzmi və qəhrəmanlığı ilə qazandığı tarixi Zəfəri qürurla qeyd edirik. Zəfər Bayramınız mübarək!".
30 avqust – Türkiyə Respublikasının Zəfər Bayramı münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.
— MFA Azerbaijan (@AzerbaijanMFA) August 30, 2026
Türkiyənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qardaş… pic.twitter.com/ga43o74Ur2