BAKI, 30 avqust. TELEQRAF

ABŞ Major Liqasında (MLS) “İnter Mayami” ilə “Monreal” arasında keçirilən qarşılaşma 8 qolla başa çatıb.

Teleqraf xəbər verir ki, “İnter Mayami” rəqibini 7:1 hesabı ilə məğlub edib. Bu, klubun MLS tarixindəki ən böyük qələbəsi olub.

Qolları 20-ci dəqiqədə Kasemiro, 40, 52, 83 və 90+6-cı dəqiqələrdə Lionel Messi, 80-ci dəqiqədə Luis Suares və 89-cu dəqiqədə Aleksander Şou vurub. “Monreal”ın yeganə qoluna 37-ci dəqiqədə Fabian Herbers imza atıb.

Beləliklə, Messi görüşdə poker edib. O, həmçinin Suaresin vurduğu qolda məhsuldar ötürmə ilə yadda qalıb. Argentineyalı hücumçunun qollarından ikisi birbaşa cərimə zərbəsindən vurulub.

Bununla Messi cərimə zərbələrindən vurduğu qolların sayını 74-ə çatdırıb və bu göstəricidə ikinci pilləyə yüksəlib. O, 74 qolla Jair da Rosa Pintonun nəticəsini təkrarlayıb.

Cərimə zərbələrindən ən çox qol vuran futbolçu isə 78 qolla braziliyalı Marselinyodur.

Qeyd edək ki, MLS tarixində ən böyük qələbə “Los-Anceles Qalaksi”yə məxsusdur. Komanda 1998-ci ildə “Dallas Bern”i 8:1 hesabı ilə məğlub edib.