BAKI, 15 avqust. TELEQRAF
İsrailin Livanın cənubundakı Ənsar şəhərinə endirdiyi hava zərbəsi nəticəsində altı nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı Livan Mülki Müdafiə Xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, sübh tezdən İsrail təyyarələri Nəbatiyyə bölgəsinin Ənsar ətraf ərazilərinə, eləcə də Nəbatiyyə əl-Fəvqa şəhəri yaxınlığındakı əraziyə üç zərbə endirib.
Mülki Müdafiə Xidməti axtarış-xilasetmə əməliyyatları davam etdikcə qurbanların sayının arta biləcəyini qeyd edib.