BAKI, 15 avqust. TELEQRAF
Fransa, Almaniya və Böyük Britaniya ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən prosesdən kənarlaşdırılmaqdan qorxaraq Ukrayna münaqişəsinin həlli üçün öz danışıqlar formatlarını yaratmaq üzərində işləyirlər.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, diplomatlar gələcək danışıqlar üçün Avropa ölkələrinə üstünlük verəcək bir format hazırlayırlar. Paris və Berlin ortaq mövqenin hazırlanmasında aparıcı rol oynayırlar. London da məsələni müzakirə edir, lakin qismən Vaşinqtonla münasibətləri ilə bağlı narahatlıqlar səbəbindən daha ehtiyatlı davranır.