BAKI, 15 avqust. TELEQRAF
İspaniyanın Əndəlüs muxtar icmasında (Qranada şəhəri yaxınlığında) 5,0 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Krallığın Milli Coğrafiya İnstitutu məlumat yayıb.
Qeydə alınan zəlzələnin episentri Alendin kəndi yaxınlığında, ocağı isə 2 km dərinlikdə yerləşib.
Regional hakimiyyət orqanlarının məlumatına görə, təcili yardım xidmətlərinə təxminən 200 zəng daxil olub. İlkin məlumatlara görə, zəlzələ nəticəsində heç kim xəsarət almayıb. Lakin zəlzələ müxtəlif növ ziyana səbəb olub.
Əndəlüs hökumətinin məlumatına görə, bölgədəki bəzi sakinlər divarlar da daxil olmaqla, binalarda çökmələrin olduğunu və ziyan dəydiyini bildiriblər. Hadisə ilə əlaqədar olaraq, hakimiyyət orqanları seysmik fəaliyyət planının təcili mərhələsini aktivləşdirmək qərarına gəliblər.