BAKI, 15 avqust. TELEQRAF

Baş nazir İrakli Kobaxidze İosif Alibegaşvilini Samtsxe-Cavaxetiya bölgəsinin yeni səlahiyyətli nümayəndəsi - qubernatoru təyin edib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin aparatı məlumat yayıb.

Kobaxidze artıq yeni qubernatorla işgüzar görüş keçirib və görüşdə Baş nazirin müavini Mamuka Mdinaradze də iştirak edib.

Tərəflər regionda mövcud və planlaşdırılan infrastruktur və sosial layihələri müzakirə ediblər.

Bu təyinatdan əvvəl Alibegaşvili Kvemo-Kartli qubernatorunun müavini vəzifəsində çalışıb.

Kadr qərarı Samtsxe-Cavaxetiyanın əvvəlki qubernatoru Zaal Gelaşvilinin vəfatından sonra verilib. O, ötən həftə 57 yaşında vəfat edib.