BAKI, 15 avqust. TELEQRAF

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) “Artemida” Ay proqramının icrasını sürətləndirib.

Teleqraf xəbər verir ki, bunu NASA-nın rəhbəri Cared Ayzekman Florida ştatının Kanaveral burnunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, “Artemida-3” missiyası üçün nəzərdə tutulan raketin hazırlanması artıq davam edir.

“Biz ‘Artemida’ proqramını sürətləndiririk. ‘Artemida-3’ missiyası üçün raket hazırda şaquli yığım binasında hazırlanır. Bu uçuşdan sonra 2028-ci ildə amerikalı astronavtları yenidən Ayın səthinə qaytaracağıq”, – Ayzekman deyib.

Qeyd edək ki, mayın sonunda “Blue Origin” şirkətinin “Artemida-3” missiyasında iştirak etməli olan “New Glenn” daşıyıcı raketi Kanaveral burnunda sınaqlar zamanı partlamışdı. Şirkət NASA-ya 2027-ci ildə yeni raket təqdim edəcəyini açıqlayıb.

Planlara əsasən, “Artemida-3” missiyasının ekipajını daşıyan “Orion” kosmik gəmisi SLS daşıyıcı raketi vasitəsilə Yer orbitinə çıxarılacaq. Daha sonra “Orion” “Blue Origin” aparatı və “SpaceX” şirkətinin “Starship” gəmisi ilə birləşmə əməliyyatları həyata keçirəcək.

İki həftə davam edəcəyi gözlənilən missiyanın sonunda ekipaj Yerə qayıdaraq Sakit okeana enəcək.