BAKI, 15 avqust. TELEQRAF
İndoneziya sahillərində 7,6 maqnitudalı güclü zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 188 min nəfərin yaşadığı Labuan-Baco şəhərindən 161 kilometr şimal-şərqdə yerləşib.
Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra sunami təhlükəsi elan edilib.
Hələlik xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.