BAKI, 15 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın zərbə endirəcəyi təqdirdə Vaşinqtonun cavabının “100 dəfə güclü” olacağını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bunu “Fox News” telekanalına müsahibəsində deyib.

ABŞ lideri İranın noyabrda keçiriləcək aralıq Konqres seçkiləri yaxınlaşdıqca Yaxın Şərqdə daha aqressiv hərəkət edə biləcəyi ilə bağlı iddiaları şərh edib.

“Biz faktiki olaraq hər şeyi məhv etmək gücündəyik, amma bunu etmək istəmirik. Əgər onlar zərbə endirsələr, biz 100 dəfə güclü cavab verəcəyik”, - Tramp bildirib.

ABŞ Prezidenti Vaşinqtonun Tehranı təhdid etmək və İranı məhv etmək niyyətində olmadığını da vurğulayıb.