BAKI, 15 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla müharibə fonunda ölkədə benzinin qiymətinin artmasına görə amerikalılardan üzr istəməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bunu Nassau dairəsində polis akademiyasında çıxışı zamanı deyib.

İranla müharibənin başlanmasının səbəblərindən danışan ABŞ lideri Tehranın heç vaxt nüvə silahına sahib olmamalı olduğunu bir daha vurğulayıb.

“Biz onların nüvə silahına sahib olmasını istəmirik. Buna görə də benzin üçün bir qədər artıq pul ödəməli olduğunuz zaman bunu xatırlayın. Hazırda bir qallona (3,78 litr) 4 dollar ödəyirsiniz. Bunda qorxulu heç nə yoxdur. Mən heç vaxt üzr istəməyəcəyəm. Düzgün addım atmışam”, - Tramp bildirib.

“GasBuddy” xidmətinin neft bazarının təhlili şöbəsinin rəhbəri Patrik De Haan avqustun 12-də açıqlamışdı ki, ABŞ-da benzinin orta qiyməti bir qallon üçün 4 dolları keçərək ilin bu dövrü üçün müşahidələr tarixində ən yüksək səviyyəyə çatıb.