BAKI, 15 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətində olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Nyu-York yaxınlığındakı Nassau dairəsində polis akademiyasında çıxışı zamanı danışıb.
“İranı tam məğlub etdikdən sonra – onlar artıq ciddi məğlubiyyətə uğrayırlar – çox yaxın zamanda Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm”, – Amerika lideri bildirib.
Tramp əlavə edib ki, ABŞ boğazın blokadasını davam etdirir:
“Heç bir gəmi biz istəməsək, oradan keçə bilməz”.
ABŞ Prezidenti daha əvvəl də Amerika Silahlı Qüvvələrinin Hörmüz boğazına tam nəzarət etdiyini və bu nəzarətin gələcəkdə də davam etdiriləcəyini açıqlamışdı.
“The Wall Street Journal”ın məlumatına görə, iyul ayında Hörmüz boğazından sutka ərzində keçən gəmilərin sayı münaqişə başlamazdan əvvəlki dövrlə müqayisədə beş dəfə azalıb.