BAKI, 15 avqust. TELEQRAF

Uelsdə kiçiktutumlu təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə yerli polis açıqlama yayıb.

"Şimali Uels polisi İngiltərədəki aerodromdan qalxan yüngül təyyarənin təyin olunmuş vaxtda Karnarvon hava limanına çatmadığı barədə məlumat alıb. Aerodromdan 60 km məsafədə, mürəkkəb relyefli ərazidə aparılan axtarış-xilasetmə əməliyyatı nəticəsində təyyarənin qalıqları və göyərtədəki iki nəfərin cəsədi aşkar edilib" - məlumatda qeyd olunur.

Təyyarənin modeli və ya qurbanların şəxsiyyəti barədə əlavə məlumat verilməyib.