BAKI, 14 avqust. TELEQRAF
Ağ Ev ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyası tərəfindən Ukrayna da daxil olmaqla, xarici ölkələrə külli miqdarda silah ötürülməsini faciə adlandırıb.
Teleqraf xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Livit bildirib ki, Prezident Donald Tramp Ukraynanın silahlandırılması ilə bağlı mövqeyini açıq şəkildə bildirib.
"Co Baydenin Ukrayna da daxil olmaqla, xarici ölkələrə külli miqdarda sursat paylaması təəssüf doğurur və faciəvidir. Bu məsələdə Tramp keçmiş ABŞ prezidentindən daha ehtiyatlı davranır" - Ağ Ev rəsmisi qeyd edib.
31 iyulda Tramp qeyd edib ki, ABŞ digər ölkələrə Amerika silahlarının istehsalı üçün lisenziyaların verilməsində son dərəcə ehtiyatlı olmalıdır. O, Vaşinqtonun Kiyevə nə "Patriot", nə də "Tomahawk" qanadlı raketlərinin istehsalı texnologiyasının verilməsinə razı olmadığını vurğulayıb.