BAKI, 14 avqust. TELEQRAF
Kolumbiyanın yeni Prezidenti Abelardo de la Esperilla narkotik cinayətkarlığı ilə mübarizə aparmaq üçün Trampın rəhbərlik etdiyi koalisiyaya qoşulub.
Teleqraf xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqsetin sözlərinə görə, Kolumbiya hökuməti ABŞ ilə birlikdə ölkə ərazisində narkotik qaçaqmalçılığına qarşı əməliyyatlar aparmağa icazə verdiyini açıqlayıb.
"Euronews"un verdiyi məlumata görə, bu bəyanat Donald Tramp tərəfindən yaradılan və artıq regionda 19 ölkəni, o cümlədən sərt metodları ilə tanınan Argentina, Salvador, Ekvador və Hondurası birləşdirən Amerika Əks-Kartel Koalisiyasının iclası zamanı verilib.
Bu qərar ifrat sağçı siyasətçi və vəkil Abelardo de la Esperanzanın Kolumbiyanın yeni prezidenti kimi and içməsindən bir neçə gün sonra verilib. Ötən cümə günü hərbi bazada andiçmə mərasimi zamanı o, narkoterrorizmə və ölkədə fəaliyyət göstərən hər hansı cinayətkar təşkilata qarşı barışmaz mübarizə aparacağına söz verib.
Boqota və Vaşinqton arasındakı razılaşma ABŞ ordusunun silahlı qruplara, xüsusən də "Milli Azadlıq Ordusu" və ya keçmiş FARC-dan olan müxaliflərə qarşı əməliyyatlarda birbaşa iştirak etməsinə yol açır.