BAKI, 14 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin rotasiyaya uyğun olaraq Yaxın Şərqdən geri qayıtdığını təsdiqləyib.

Teleqraf xəbər verir ki, Tramp gəminin artıq yolda olduğunu və yaxın vaxtlarda onu “USS George Washington” təyyarədaşıyan gəmisinin əvəz edəcəyini bildirib.

Tramp USS Abraham Lincoln-un missiyasının müddətinin həddindən artıq uzandığı barədə deyilənləri rədd edib.