BAKI, 14 avqust. TELEQRAF
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Kiyevdə Ukrayna xarici işlər nazirinin müavini Aleksandr Mişenko ilə siyasi dialoqun və iqtisadi əlaqələrin intensivləşdirilməsini müzakirə ediblər.
Teleqraf xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüş zamanı Ermənistan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı məsələlər müzakirə olunub. Xüsusilə, siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli forumlarda əməkdaşlığın gücləndirilməsi perspektivlərinə toxunulub.