BAKI, 14 avqust. TELEQRAF
ABŞ Prokurorluğu Vaşinqtonda İkinci Dünya Müharibəsi abidəsini dağıtdığına görə həbs edilən Melissa Farrisə rəsmi ittiham irəli sürüb.
Teleqraf xəbər verir ki, Kolumbiya dairəsinin prokuroru Cenin Pirronun sosial mediada verdiyi məlumata görə, onu 10 ilə qədər həbs cəzası gözləyir.
Farris dövlət əmlakını korlamaqda və veteranların abidələrinə zərər vurmaqda ittiham olunur. Xatirə kompleksinin rənglənməsi prosesinin fotoşəkilləri dəlil kimi posta əlavə edilib.
Hadisə Milli Ticarət Mərkəzində baş verib. M,Farris abidənin sütunlarını çirkləndirib və fəvvarəyə yuyucu vasitə əlavə edərək onun həddindən artıq köpükləndirib.
Təqsirləndirilən şəxs hazırda həbsdədir.
Abidə ölkənin ştatlarını və ərazilərini simvolizə edən oval meydanın hər iki tərəfində 56 sütundan ibarətdir. Kompleksin mərkəzində fəvvarə, perimetr boyunca isə pavilyonlar və zəfər tağları yerləşir.