BAKI, 14 avqust. TELEQRAF
İngiltərənin şərqində qatar relsdən çıxıb.
Teleqraf BBC-yə istindən xəbər verir ki, bu, iki gün ərzində baş verən ikinci belə hadisədir.
Böyük Anglia qatarı Esseksdəki Uikford stansiyası yaxınlığında relsdən çıxıb. Britaniya Nəqliyyat Polisi bildirib ki, qatarın son vaqonları relsdən çıxıb, lakin aşmayıb. Ərazidəki bütün qatarların hərəkəti dayandırılıb. Xəsarət alan olmayıb.
Çərşənbə axşamı İngiltərənin cənubunda, Lüis və Heyvards Hit şəhərləri arasında qatarın relsdən çıxması nəticəsində 11 nəfər yaralanıb, onlardan ikisi ağır vəziyyətdədir.