BAKI, 14 avqust. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında təşkil edilən hücumda Fələstinin HƏMAS hərəkatının Şati batalyonunun bölük komandirinin öldürüldüyünü açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur: "İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında HƏMAS-ın Şati batalyonunun bölük komandiri Məhəmməd Muştahini öldürüb. Zərbədən əvvəl mülki şəxslərə dəyən ziyanı minimuma endirmək üçün addımlar atılıb, o cümlədən dəqiq idarə olunan sursatlardan və havadan müşahidədən istifadə edilib".

Məlumata görə, sui-qəsd nəticəsində öldürülən şəxs 7 oktyabr 2023-cü ildə Qəzza zolağından İsrailə hücumda iştirak edib və müharibə boyunca bir neçə girovu əsir saxlayıb.