BAKI, 10 avqust. TELEQRAF
Ukraynanın Odessa vilayətində "MiQ-29" qırıcısı təyyarəsi döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) "Telegram" kanalında məlumat yayıb.
"10 avqust 2026-cı il tarixində axşam saatlarında döyüş tapşırığını yerinə yetirərkən Hərbi Hava Qüvvələrinin "MiQ-29" qırıcısı itirilib", - məlumatda bildirilib.
Pilot katapult edə bilib, hazırda xəstəxanadadır. İlkin məlumata görə, aviasiya raketinin buraxılışı zamanı təyyarə alışıb və pilot idarəetməni itirib.