BAKI, 10 avqust. TELEQRAF

İsveç Dövlət Təhlükəsizlik Xidməti (SAPO) ölkədə siyasi qərarların qəbul edilməsinə təsir göstərməyə çalışan Rusiya casus şəbəkəsinin dağıdıldığını elan edib.

Teleqraf xəbər verir ki, SAPO-nun rəsmi açıqlamasına görə, İsveçin xarici siyasi kursuna qarşı əməliyyat Rusiyanın xarici kəşfiyyat xidməti tərəfindən planlaşdırılıb və əlaqələndirilib. Əməliyyatda diplomatik toxunulmazlıq adı altında hərəkət edən üç nəfər iştirak edib.

"Biz Rusiya casuslarının fəaliyyətlərini izləmişik, söhbətlərini dinləmişik: "Əməliyyatda iştirak edən bütün şəxslər artıq İsveçdə deyil və casus şəbəkəsi tamamilə zərərsizləşdirilib".