ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, amerikalı əsgərlərin ölümünə görə İrandan təzminat tələb etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social"da yazıb: "İndi görürəm ki, İran İslam Respublikasının nümayəndələri son beş aylıq hərbi münaqişə zamanı dəyən ziyana görə kompensasiya tələb edirlər. Bu barədə danışıqlarımızda və ya görüşlərimizdə heç bir müzakirə aparılmayıb. Amma mən İranın hücumları nəticəsində ölən və ağır yaralananların hamısına görə kompensasiya tələb edirəm".

Tramp bildirib ki, o, nümayəndələrinə gələcək danışıqlarda kompensasiya məsələsini qaldırmaqla bağlı göstəriş verib.