BAKI, 10 avqust. TELEQRAF
"Oyunçularımız həm fiziki, həm də psixoloji baxımdan "Sabah" la keçirilən ilk matçla müqayisədə daha yaxşı vəziyyətdədir. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Növbəti mərhələyə adlamaq üçün meydana çıxacağıq".
Teleqraf xəbər verir ki, bunu "Orhus"un baş məşqçisi Yakob Poulsen Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi bildirib.
Danimarkalı mütəxəssis Frederik Tinagerin zədə səbəbindən Bakıya gəlmədiyini bildirib.
Bununla belə o, komandanın hazırda daha yaxşı vəziyyətdə olduğunu deyib.
Qeyd edək ki, “Sabah” - “Orhus” matçı avqustun 11-də, saat 20:00-da keçiriləcək. Komandalar arasında baş tutan ilk qarşılaşmada Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.