BAKI, 8 avqust. TELEQRAF

2022-ci ilin fevral ayından bəri Almaniya hakimiyyəti təxminən 400 Rusiya vətəndaşını, o cümlədən 80-dən çox Rusiya diplomatını ölkədən çıxarıb.

Teleqraf xəbər verir ki, bu məlumatı "Bild" qəzeti Almaniya Xarici İşlər və Daxili İşlər nazirliklərindəki mənbələrə istinadən yayıb.

Berlindəki Rusiya səfirliyinin əməkdaşı olan bir rus diplomatı sonuncu dəfə 2026-cı ilin yanvar ayında deportasiya edilib. Moskva da eyni cavabı verib.

Qəzetin məlumatına görə, diplomatlardan əlavə, daha 313 rusiyalı müxtəlif səbəblərdən Almaniyadan deportasiya edilib.