BAKI, 9 avqust. TELEQRAF

"Turan Tovuz" Rahil Məmmədovu transfer edib.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü ilə 1+1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, son olaraq "Araz-Naxçıvan"da oynamış müdafiəçi karyerası ərzində "Neftçi", "Səbail", "Zirə", "Qarabağ", Polşanın LKS Lodz və "Radomiak" klublarının da formasını geyinib