BAKI, 9 avqust. TELEQRAF
Finlandiyanın müdafiə naziri Antti Kaikkonen ölkəsinin Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlər göndərməyəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Finlandiya Kiyevin müraciətinə baxmayaraq Ukraynaya Patriot sistemləri üçün raketlər təqdim etməyəcək.
Finlandiyanın müdafiə naziri Antti Kaikkonen bildirib ki, ölkəsi Ukraynaya mümkün qədər çox dəstək göstərib, lakin cəbhəyanı ölkə kimi özünün daimi hava hücumundan müdafiə hazırlığını təhlükə altına sala bilməz.
“Əlimizdən gələn hər şeyi, mümkün olan ən yüksək səviyyədə etdik, lakin cəbhəyanı ölkə kimi hava hücumundan müdafiə baxımından daimi döyüş hazırlığımızı təhlükə altına ata bilmərik”, - deyə nazirin sözlərini Ilta-Sanomat qəzeti yayıb.
O həmçinin bildirib ki, hazırda Avropanın təhlükəsizliyi baxımından əsas məsələlərdən biri ABŞ hərbi-sənaye kompleksində silah istehsalının sürətidir.
Onun sözlərinə görə, Pentaqon silah istehsalının sürətləndirilməsi üçün qətiyyətli addımlar atmalıdır. Nazir hesab edir ki, bürokratik prosedurlar və sistemin ləngliyi istehsal prosesinin sürətlənməsinə mane olur.