BAKI, 9 avqust. TELEQRAF
Almaniya son dörd ildə 80-dən çox Rusiya diplomatını və 313 Rusiya vətəndaşını ölkədən çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə “Bild” Almaniyanın Xarici İşlər və Daxili İşlər nazirliklərinin məlumatlarına istinadən yazıb.
Məlumata görə, Rusiya diplomatik missiyasının əməkdaşlarının kütləvi şəkildə ölkədən çıxarılması 2022-ci ilin yazında başlayıb. Həmin vaxt 40 diplomat persona non qrata elan edilib.
Sonuncu deportasiya 2026-cı ilin yanvarında həyata keçirilib. Almaniya hakimiyyəti Berlindəki Rusiya səfirliyinin hərbi attaşesinin müavinini, Ukrayna əsilli yerli sakinin Moskvanın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılmasından sonra ölkədən çıxarıb.
Almaniya tərəfi həmin diplomatı şübhəli şəxsin əlaqələndiricisi olmaqda ittiham edib.