BAKI, 9 avqust. TELEQRAF

Yaponiyanın Honsyu adasının sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ Honsyu adasındakı Noda yaşayış məntəqəsindən 43 kilometr şərq-şimal-şərqdə baş verib. Təkanların ocağı 34 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində ölən və ya xəsarət alanların olması, eləcə də dağıntılar barədə məlumat verilməyib.