ŞƏMKİR, 9 avqust. TELEQRAF
Şəmkir rayonunda 62 yaşlı sakini elektrik cərəyanı vuraraq öldürüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Hadisə Aşağı Seyfəli kəndində qeydə alınıb.
Kənd sakini, 1964-cü il təvəllüdlü Əli Abıyevi elektrik dirəyində təmir işləri apararkən elektrik cərəyanı vurub. O, aldığı xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.