GƏNCƏ, 9 avqust. TELEQRAF

Gəncə-Kəlbəcər yolunda qəza, "Kamaz" ağaca çırpılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Gəncə-Göygöl-Kəlbəcər avtomobil yolunda qəza baş verib.

Hadisə avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində qeydə alınıb. "Kamaz" markalı yük avtomobili iri gövdəli ağaca çırpılıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.