BAKI, 8 avqust. TELEQRAF
Kosovonun Baş naziri Albin Kurti 8 avqustda parlament zalında keçirilən iclas zamanı yumurta atəşinə tutulub.
Teleqraf xəbər verir ki, bu barədə "Euractiv" agentliyi məlumat yayıb.
Kosovonun yeni prezidenti ilə bağlı bir neçə gündür müxalifət partiyaları ilə danışıqlar aparan Kurti, millət vəkili Taym Kadrijai baş nazirə yumurta atmağa başlayanda əsas səsverməni təxirə salmağa çalışıb.
“Ayıb olsun!” deyə qışqıran Kadrijai parlamentin ön sırasında oturan Kurta yumurta adıb.
Parlament iclası zamanı spiker qanunverici orqanın canlı yayımının dayandırılmasını tələb edib və təhlükəsizlik qüvvələri Kurtini qorumaq üçün tələsib.
Qeyd olunur ki, bu, 51 yaşlı hökumət başçısının parlamentin işini pozması ilə üzləşdiyi ilk hal deyil, çünki onun öz partiyasının üzvləri əvvəllər müxalifətdə olduqları zaman səsverməyə etiraz olaraq parlament zalında göz yaşartıcı qazdan istifadə etmişdilər.